"Bu müharibədə qalib yoxdur" - Ərdoğan Qərbin Rusiyaya qarşı siyasətini PİSLƏDİ
Ərdoğan Qərbin Rusiyaya qarşı siyasətini pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib. O bildirib ki, Qərbin Ukrayna ilə bağlı siyasəti yanlışdır.
"Rusiyanı kiçik hesab edənlərə deyirəm, siz səhv edirsiniz. Rusiya indi qazı kəsib. Hamı Rusiyaya hücuma başlasa, o, əlində olan vasitələrdən istifadə edəcək.
Türkiyə olaraq biz həmişə Rusiya ilə Ukrayna arasında balans siyasəti aparmışıq. Mən Qərbin indiki davranışını yanlış hesab edirəm. Onlar təxribatçı siyasət yürüdürlər. Bu müharibədə qalib yoxdur", – deyə Ərdoğan vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq