Bu ölkə Türkiyəyə 40 milyard dollar İNVESTİSİYA QOYACAQ
Prezident Rəcəb Tayyib Ərdoğanın Dubaya səfəri zamanı Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji, nəqliyyat və hərbi-sənaye kompleksi sahələrində əməkdaşlıq sazişləri paketinin imzalanması planlaşdırılır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, səfərin hazırlığı ötən həftə BƏƏ-də vitse-prezident Cevdet Yılmaz və maliyyə naziri Mehmet Şimşək də daxil olmaqla Türkiyə nümayəndə heyəti tərəfindən müzakirə edilib.
Məlumata görə, danışıqlar zamanı Türkiyəyə 30-40 milyard dollar həcmində investisiya qoyuluşu barədə müzakirə aparılıb, Ərdoğanın səfəri zamanı bu planların həyata keçirilməsi üçün konkret addımlar atılacaq.
Belə ki, sazişlər paketi bərpa olunan enerji mənbələri, nəqliyyat sahəsində əməkdaşlığı, dağıdıcı zəlzələlərdən zərər çəkmiş regionların bərpası üzrə işlərin maliyyələşdirilməsini nəzərdə tutur. Ayrı bir bənd də hərbi-sənaye sahəsində əməkdaşlıq layihəsidir. Burada təkcə "Bayraktar" PUA-larının BƏƏ-yə satışından deyil, həm də onların qismən birgə istehsalından söhbət gedir. Qeyd olunub ki, BƏƏ-nin Türkiyəyə investisiyası birbaşa və uzunmüddətli olacaq.
Xatırladaq ki, 2021-ci ilin noyabrında o zaman Əbu-Dabinin vəliəhdi titulunu daşıyan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ankaraya səfər edib. Bu, BƏƏ-nin yüksək rütbəli hökumət rəsmisinin 2012-ci ildən bəri Türkiyəyə ilk səfəri idi. Sonra BƏƏ Türkiyə iqtisadiyyatına investisiya üçün 10 milyard dollar ayırdı. 2023-cü il mayın 4-də BƏƏ və Türkiyə növbəti beş il ərzində ölkələr arasında ticarəti 40 milyard dollara çatdırmağı hədəfləyən hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzaladılar. Şeyx Məhəmməd mayın sonunda keçirilən prezident seçkilərindən sonra iyunun 10-da Türkiyəyə səfər edib.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Dünyanın ən varlı 10 müğənnisi
Françayzinq nədir və necə olur?
Evdə biznes qurmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın ən bahalı restoranları