Bu ölkədə qadınlar üçün bank yaradıldı

Bu ölkədə qadınlar üçün bank yaradıldı"Zimbabvedə hətta qadınlar bankı da təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə yanaşmasının göstəricisidir".
Bunu Qadın İşləri üzrə İcma, Kiçik və Orta Müəssisələrin İnkişafı naziri Mutsvangwa Monica noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda konfransda çıxışı zamanı deyib.
"Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş bəyanatlar tərəfimizdən qəbul olunub. Qadınlara hüquqlarının qorunmasına böyük əhəmiyyət veririk, qadınlar bütün sahələrdə bərabər təmsil olunurlar. Biz seçki ilə təyin olunan vəzifələrdə qadın-kişi bərabərliyinə önəm veririk. Genderlə bağlı məsələlər Konstitusiyada öz əksini tapıb. Zimbabvedə gender əsaslı zorakılığın aradan qaldırılması məqsədilə yüksək səviyyəli pakt imzalanıb. Biz dövlət səviyyəsində qadınların hüquqlarına çox böyük əhəmiyyət verdiyimizi bu şəkildə nümayiş etdiririk. Qadınlar bankı da ölkəmizdə təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə etinayla yanaşmasının göstəricisidir. Bütün vəzifələrdə, xüsusilə qərarverici orqanlarda qadınların təmsil olunması bizim üçün vacibdir. Zimbabve Respublikasının Prezdenti ilk dəfə olaraq Baş Prokuror vəzifəsinə qadın təyin etmişdir və bir sıra yüksək vəzifələr qadınlara həvalə olunub. Səhiyyə xidmətləri də Zimbabvedə qadınlar üçün yüksək səviyyədə təmin olunur.
Kənd təsərrüfatında da böyük islahatlar aparılıb. Qadınlara həyata keçirilən islahatlar nəticəsində torpaq sahələri verilib. Qadınların kənd təsərrüfatında iştirakı Qadın Fermerlər Assosiasiyasını da bu işə cəlb edib. Bu da kənd yerlərində qadın fermerlərin gəlirinin artmasına gətirib çıxarıb",-deyə əlavə edib. / banker.az

Banklar     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic


iqtisadi xeberler leobank kart telefonla pul qazanmaq bitcoin biznes qurmaq