Bu şəxslərə 5 il müddətinə yardımlar veriləcək - VİDEO
Prezident İlham Əliyev Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında frəman imzalayıb.
KONKRET.az xəbər verir ki, fərmanın verilməsində məqsəd ölkənin özünü ərzaq buğdası ilə təmin etməsi imkanını artırmaqdır.
Fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
Başqa sözlə, bu subsidiya yalnız o təsərrüfatlara veriləcək ki, onlarda müasir suvarma sistemləri qurulmuş olsun. Bundan başqa, həmin tədarükçülər qarşıdakı illərdə buğda istehsal edəcəklərinə aid öhdəlik götürməlidirlər.
Belə şəxslər 2023-cü ildən başlayaraq qarşıdakı 5 il ərzində məhsul subsidiyası alacaqlar. Məhsul subsidiyası – təsərrüfatın təhsil verdiyi məhsula görə hesablanan subsidiyadır. Təhsil verilən məhsulun həcmi və sahədən məhsuldarlıq yüksək olduqca, subsidiya məbləği də artır.
İqtisadçı Emin Qəribli 5 illik subsidiyaların verilməsi ilə "ARB"24″ə bildirib ki, bu yardımlardan faydalanmaq istəyən sahibkarlar ilk öncə Kənd Təsərrüfatı Nazirliyi müqavilə bağlamalıdır: "Burada üçtərəfli müqavilədir ki, sahibkara təminat yaranır. 5 illik müddət ərzndə ilk 20 faiz ödənilir, qalan 40 faizi dövlət sahibkara təmənnasız verir. Bu illər ərzində sahibkarlara dünya bazarında buğdanın qiymətindən asılı olaraq istehsal edilən məhsuldan əlavə subsidiyalar da veriləcək".

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Bitcoin nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Mcdonalds françayzinqi neçiyədir?