Burada artım üçün çox böyük potensial var" - Qənirə Paşayeva

Burada artım üçün çox böyük potensial varMilli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik:
Azərbaycan Prezidenti İlham Əliyevin İtalyaya səfəri və sentyabrın 2-də keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı bir neçə aspektdən əlamətdardır.
İlk növbədə onu deyək ki, İtalya uzun illərdir Azərbaycanın xarici ticarət dövriyyəsində çox önəmli yerə sahibdir. Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr üzrə İtaliya uzun illərdir liderdir: ixracın dəyərinin son illər təqribən 21 faizi İtaliyaya (14 faizi Türkiyəyə, 6 faizi Çinə, 5 faizi Rusiyaya, 4,7 faizi Gürcüstana və b. ölkələrə) göndərilən məhsullara aiddir. İdxal olunmuş məhsulların dəyərinin isə təqribən 3,9 faizi İtaliyanın payına düşüb (öncəki ölkələr: Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya, Ukraynanın).
Məsələn, son 5 ildə iki ölkə arasında ticarət belə bir dinamika üzrə inkişaf edib (2016 - 2021-ci illər, min ABŞ dolları ilə):  
4.666.189,2,
5.671.290,4,
6.219.867,8,
6.008.572,6,
4.568.782,7,
9.663.178,4;
Azərbaycandan İtaliyaya ixrac (min ABŞ dolları ilə) 2020-ci ildə 4.172.267,9, 2021-ci ildə bundan iki dəfədən çox – 9.243.521,4 olub.
Bəli, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Azərbaycan Prezidentinin İtaliyada bəyan etdiyi kimi, məlum iki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Respublikası bir müstəqil dövlət olaraq Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürüb: "Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu".
Təsdiq edilmiş ehtiyatları 2,6 trilyon m3 olan Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malik olması ilə də seçilir. Burada Azərbaycan dövlətinin nümayiş etdirdiyi siyasi iradəni və ölkəmizin qazandığı etibarlı tərəfdaş imicini də özəlliklə vurğulamalıyıq. Yəni, üç boru kəmərindən təşkil olunan, inteqrasiya edilmiş sistemdən ibarət Güney Qaz Dəhlizi – 3500 km uzunluğundakı bu mürəkkəb texniki infrastruktur (Güney Qafqaz boru kəməri, TANAP boru kəməri və TAP boru kəməri) nəhayətdə İtaliyaya qədər uzanır. TAP (Trans-Adriatik Boru kəməri; Gasdotto Trans-Adriatico) özü 867 km uzun­luğa, 10-20 milyard m³/il ötürücülüyə malikdir. TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya (və daha sonra Qərbi Avropaya) nəql edən boru xəttidir. TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın nəqli sayəsində Avropada təxminən 7 milyon ailə (!) enerji ilə təmin edilir.
Prezident İlham Əliyevin 48-ci Beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusundakı çıxışı zamanı dediyi kimi, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır: "Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".
İtaliyanın aparıcı üzvü olduğu Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə İttifaqı təşkil edən bütün ölkələr üçün böyük perspektivlər açılır.
Özü də bu il fevralın 24-dən etibarən Avropanın enerji təhlükəsizliyi mövzusu önplana çıxmışkən, Azərbaycanın etibarlı tərəfdaşlığı və malik olduğu imkanlar daha dərin məzmun qazanmış olur. Bəlli olduğu kimi, söhbət, Rusiya-Ukrayna müharibəsindən və bunun sonucunda, Ukraynadan keçən xətlərlə nəql olunan yanacaq başda olmaqla, rus qazının Avropaya nəqlində yaranmış problemlərdən gedir. Həm mənbə ölkə ilə siyasi münasibətlər baxımından həm də müharibə zonasından nəqlin təhlükəli olması baxımından qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biri halına gəlib. Heç təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən Azərbaycana rəsmi müraciətlər daxil olub. İtaliyanın aparıcı üzvlərindən olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoquna yalnız təbii qaz deyil, habelə enerji bazarının digər seqmentləri də daxil olacaq – bura, "xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir". 44 günlük müharibədə Ermənistan vandallarının tapdağından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionları ərazisində külək, Günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan  çoxdur. Bunun üzərinə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat (!) təşkil edən bərpaolunan enerji sahələrinin potensialını da gəlsək, respublikamızın sözügedən sahədəki önəmli potensialı, mövqeyi çox şeyi ifadə edir. Məsələn, "bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir".
***
Əlbəttə, Azərbaycan Prezidenti İtaliyada yalnız enerji təchizatı məsələlərindən danışmadı; Azərbaycanla İtaliya arasında olduqca fəal siyasi dialoqu özəlliklə vurğulamalıyıq. Məhz bu fəal siyasi dialoqun bəhrəsidir ki, ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olur, bütün əməli fəaliyyət sahələri üzrə işbirliyinin daha da irəli getməsi üçün önəmli təşəbbüslər irəli sürülür. O təşəbbüslər, ideyalar mümkün olan ən qısa zaman zərfində layihələrə, əməli addımlara dönür və gerçək müstəvi üzərində maddiləşir. Məsələn, 2 il öncə imzalanmış strateji tərəfdaşlığa dair sənəd İtaliya ilə Azərbaycan arasında daha sıx işbirliyinə strateji tərəfdaşlıqla bağlı geniş müzakirələrin davamlı şəkil almasına münbit ortam yaradır, təminat verir.
Ölkələrimiz arasında önəmli işbirliyi istiqamətlərindən biri təhsil sahəsidir. Çox şadıq ki, cənab Prezidentin İtaliyaya səfəri əsnasında İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi də təşkil olundu. Bakıdakı İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut –
Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu,
Dizayn və Memarlıq İnstitutu
fəaliyyət göstərəcək fəaliyyət göstərəcək.
"Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur." – Azərbaycanın dövlət başçısı deyib.
Və nəhayət!
"Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır".
Bəli, doğrudan da, müstəqil bir ölkə olaraq, xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. – Daha heç vaxt fevraldan öncəki düzən və nizamda olmayacaq beynəlxalq aləmdə güclü və etibarlı olmadan yaşamaq mümkün olmayacaq. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərinə yenidən müraciət edək: "Biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Müstəqil olmaq üçün əsaslı maliyyə yatırımları edilib".
DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbərlər     Tarix: 07 sentyabr 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək

Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro


iqtisadi xeberler valyuta mezennesi leobank kart dollar məzənnəsi bu gunun xeberleri