Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub
Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa edilib. Bu barədə BP şirkətindən məlumat verilib.
"Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bazar günü günorta saatlarında bərpa edilib", – deyə məlumatda bildirilib.
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyənin cənubunda baş vermiş zəlzələdən sonra Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı davam etdirilsə də, Ceyhan terminalında tankerlərə yüklənməsi müvəqqəti olaraq dayandırılmışdı. Malgöndərənlər terminaldakı fors-major vəziyyət barədə məlumatlandırılmışdı.
"Mümkün ziyan qiymətləndirildikdən, lazımi təmir işləri aparıldıqdan və yanalma qurğularının tam təhlükəsizliyi yoxlanıldıqdan sonra neftin yüklənməsi əməliyyatları bərpa edilib", – deyə məlumatda qeyd olunub.
Ceyhan terminalının fəaliyyəti Türkiyədə son məlumatlara görə təxminən 30 min nəfərin həlak olduğu zəlzələdən sonra dayandırılmışdı.
Hazırda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25%); MOL (8.9%); "Equinor" (8.71%); TPAO (6.53%); ENI (5%); "Itochu" (3.4%); "ExxonMobil" (2.5%); INPEX (2.5%), "TotalEnergies" (5%) və "ONGCVidesh" (2.36%) şirkətləridir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 müğənnisi
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Kriptovalyuta nədir?