Çin bu il neft və qaz hasilatını artırsa da, kömür hasilatını azaldıb
Çinin neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər ilin birinci yarısında neft hasilatını 1.9% (107.05 milyon tonadək), təbii qaz hasilatını isə 6% (123.6 milyard kubmetrə qədər) artırıblar.
Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.
İyunda orta sutkalıq neft hasilatı 598 min tona, qaz hasilatı isə 670 milyon kubmetrə çatıb. Altı ay ərzində Çin neft emalı həcmini 0.4% azaldaraq, 360 milyon tona çatdırıb.
Dərc edilmiş statistikaya əsasən, yanvar-iyun aylarında ölkəyə 275.48 milyon ton neft (azalma 2.3%) və 64.65 milyon ton təbii qaz (artım 14.3%) idxal edilib. Çin gömrük hesablamalarına görə, ölkə 2023-cü ildə neft idxalını 11% (563.99 milyon tona qədər), qazı 9.9% (119.97 milyon tona qədər) artırıb.
Eyni zamanda yanvar-iyun aylarında kömür hasilatı da (linyit daxil olmaqla) illik müqayisədə 1.7% azalaraq 2.27 milyard tona çatıb. Təkcə iyun ayında bu rəqəm illik müqayisədə 3.6% artaraq 410 milyon ton təşkil edib. May ayı ilə müqayisədə 0.8 faiz bəndi azalıb.
Ötən ay Çində kömür hasilatının orta həcmi sutkada 13.51 milyon tona çatıb. Altı ayda ölkə 250 milyon ton kömür idxal edib, xaricdən alışını keçən ilin eyni dövrü ilə müqayisədə 12.5% artırıb. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza