Çin dövlət şirkətləri Nyu-York Fond Birjasından ÇƏKİLİR
Çində beş dövlət şirkəti Nyu-York Birjasından səhmlərini geri götürəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, "China Life", "PetroChina", "Sinopec", "Chalco" və "Sinopec Shanghai Petrochemical Company" Honq Konq Birjasına göndərdikləri bildirişlərdə Amerika birja bazarındakı əməliyyatlarını dayandıracaqlarını açıqlayıb.
Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyası (CSRC) tərəfindən verilən açıqlamada şirkətlərin ABŞ-ın qaydalarına əməl etdiyi və heç bir audit ziddiyyətinin olmadığı qeyd edilib:
"ABŞ bazarlarında ticarət həcminin aşağı olması şirkətlərin ayrılmasına səbəb olub".
Bildirilir ki, son illərdə iki ölkə arasında artan iqtisadi və texnoloji rəqabət səbəbindən ABŞ-da tənzimləyici təşkilatlar Çin şirkətlərinə nəzarəti artırıb.
Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) son illərdə çoxsaylı Çin şirkətlərini tənzimləyir.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları