Darya Duqinaya qarşı sui-qəsdin detalları AÇIQLANDI
Moskva vilayətindən qətlə yetirilən Darya Duqinanın avtomobilinin məsafədən idarə olunan bomba ilə partladıldığı məlum olub.
KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd olunub ki, avtomobilə yerləşdirilən bomba məsafədən işə salınıb.
Duqinanın avtomobilində olan partlayıcı qurğunun gücü 400 qram tratil ekvivalenti təşkil edib. Partlayıcı qurğunun bir hissəsinin ekspertizaya göndərildiyi bildirilib.
Qeyd edək ki, Darya Duqina Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızıdır.
Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.//APA
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind