Doğru yolun başlanğıcı: Kapital Bank 150 illik yubileyini Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə qeyd edib

Doğru yolun başlanğıcı: Kapital Bank 150 illik yubileyini Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə qeyd edib®Ölkənin birinci bankı Kapital Bank 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti ilə birgə "Doğru yolun başlanğıcı" adlı təlim proqramı təşkil edib. Tədbir çərçivəsində tələbələr üçün müxtəlif təlimlər, intellektual və əyləncəli oyunlar keçirilib və qalib komandaya kubok təqdim olunub. Tədbirin əsas məqsədi tələbələrin şəxsi inkişafına və karyera planlamasına dəstək vermək olub. 
Təlim proqramı çərçivəsində Kapital Bank-ın əməkdaşlarının iştirakı ilə "Şəxsi inkişaf və kollektivlə işləmə bacarıqları", "İT təhlükəsizlik", "İş mühitində hüquqlarınız" , "Karyera planlaması və yüksəlişi" kimi mövzularda təlimlər keçirilib. 
Tədbirin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə həyata keçirilən sosial layihələrdən danışıb, Kapital Bank ilə birgə layihənin gənclərin karyera quruculuğunda faydalı olacağını bildirib.
Qeyd edək ki, təlim proqramında "BDU könüllüləri" təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının 100-dən çox üzvü də iştirak edib.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 01 avqust 2024

Oxşar xəbərlər

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd


iqtisadi xeberler valyuta kurslari bitkoin telefonla pul qazanmaq investisiya