Dollar zəifləməyə davam edir - Birjalarda son vəziyyət

Dollar zəifləməyə davam edir - Birjalarda son vəziyyətÖtən həftə ərzində ABŞ Federal Ehtiyatlar Sistemi rəsmilərinin inflyasiyaya nəzarətin tam təmin olunduğuna əmin lmadıqcaq sərt monetar siyasəti davam etdirəcəklərinə dair bəyanatlarına baxmayaraq,  FED-in tezliklə pul-kredit siyasətini yumşaltmağa başlaya biləcəyi ilə bağlı bazar spekulyasiyaları artdıqca, dollar əsas qlobal valyutalar qarşısında zəifləməyə davam edir. Bu, FED-in faiz dərəcələrinin pik həddə çatdığına dair inam fonunda baş verir.
Avro dollar qarşısında gücünü qoruyub və EUR/USD məzənnəsi həftəlik şamını 1.0940 səviyyəsində tamamlayıb. Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri paritetdə tendensiyanın formalaşmasına ciddi təsir edə bilər. Analitiklər inflyasiya səviyyəsindəki son rəqəmlərin resessiyanın getdikcə dərinləşdiyi Avrozona iqtisadiyyatına dair bir sıra suallara aydınlıq gətirəcəyini hesab edirlər. Onlar həmçinin hesab edirlər ki, Avrozonada 2023-cü ilin ikinci yarısında başlayan mülayim resessiya ehtimalı getdikcə artır.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində bir qədər də geriləyərək 103.40 bəndə düşüb. Bu, əsasən ABŞ-ın gözləniləndən daha zəif iqtisadi göstəriciləri bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşandı. 
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 30% təşkil edir.
Dollar Yapon yeni qarşısında da ucuzlaşmaqda davam edir. Ötən həftə ərzində 147.15 hədlərinə qədər gerilədikdən sonra buradan dəstək alaraq bahalaşan USD/JPY məzənnəsi, 150 yen səviyyəsindəki müqavimət həddini qıra bilmədi. Həftəlik şamını 149.40 həddindən tamamlayan cütlükdə "ayılar" qiyməti 150 yen səviyyəsinin altında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.
Ardıcıl 2 həftədir dollar qarşısında bahalaşan Britaniya funt-sterlinqi ötən həftəni 1.26$ səviyyəsində tamalayıb.
Cari həftə ərzində isə Amerikadan açıqlanacaq tikinti sektoru və ilkin mənzil bazarındakı satışların həcminə dair statistik rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, ÜDM-in həcmi, "Conference Board" İstehlakçı Güvən İndeksi və Şəxsi Xərclər İndeksi kimi önəmli iqtisadi göstəricilər dolların qiymətlərinə dəstək ola bilər. 
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada, İsveçrədə və Türkiyədə ÜDM-in həcmi, həmçinin AMB sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu beylinin çıxışlarını diqqət mərkəzində saxlayacaqlar. 
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EUR/USD məzənnəsində volatilliyə səbəb ola bilər. 
GBP
Ötən həftəni 1.26$ səviyyəsində tamamlayan GBP/USD məzənnəsində bu həftə tendensiyanın gedişinə təsir edəcək əsas məqamlardan biri İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ola bilər. 
NEFT
Ardıcıl 4 həftədir ucuzlaşan neftdə eniş tendensiyası ötən həftə bir qədər səngiyib və həftəni 81.20$ səviyəəsində başa vurub. Lakin cari ticarət həftəsinin ilk gününə enişlə başlayan "qara qızıl" hazırda 80$-dan təklif olunur. "Buğalar" qiyməti 82$ həddinin üzərinə qaytara və bu səviyyədə saxlaya bilsələr, neft 87$-a kimi bahalaşa bilər. Eniş tendensiyası davam edəcəyi təqdirdə isə, dəstək hədləri kimi 78$-a və 75$ səviyyələri çıxış edir.
XAU/USD
Ötən həftəni 2000$ həddinin üzərində tamamlayan qızıl, cari həftənin ilk günündə də bahalaşmağa davam edir. Hazırda 2012$ civarında təklif edilən qiymətli metalın dəyəri 2020$-ın üzərinə yüksəlsə, artım yendensiyası 2041$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 27 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın


iqtisadi xeberler kicik biznes avtomobil xeberleri internetden pul qazanmaq dollar mezenne