Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti beynəlxalq tədbirdə
Almaniya Federativ Respublikasında Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES ilə Almaniya Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində Avropa regionu üçün "Transmilli miqrasiya idarəçiliyində məşğulluq xidmətlərinin rolu və ikitərəfli əməkdaşlıq formaları" mövzusunda tədbir keçirilir.
Ölkəmizi tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində sosial cəhətdən həssas qrupların, bilik və bacarıqları olmayan işsiz və işaxtaranların, eləcə də fiziki məhdudiyyətli şəxslərin əmək bazarına inteqrasiyası mövzusu üzrə informasiya mübadiləsi aparılır. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Agentliyin fəaliyyəti və sözügedən istiqamətdə icra edilən layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Səfər çərçivəsində Agentlik ilə Almaniya Məşğulluq Xidməti arasında ikitərəfli görüş də keçirilib. Görüşdə iki qurumun fəaliyyəti haqqında təcrübə mübadiləsi aparılıb, peşə təhsili və karyera məsləhəti xidmətinin göstərilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlinib.

PAŞA Bank-ın dəstəyi ilə keçirilən "AI for Good" layihəsi başa çatdı
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Hindistan vətəndaşı Azərbaycanda 50 min kapital ilə - RESTORAN AÇIB
ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Santander 2018-ci ildən bəri ilk dəfə İspaniyanın ən bahalı açıq şirkətinə çevrilib
Dövlət Xidməti zərgərlik məmulatlarını satan sahibkarlarla görüş keçirib
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?
Shopify-da necə satışa başlamaq olar?
Elon Musk kimdir?
Ən çox gəlir gətirən onlayn bizneslər