Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilib

Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilibDövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni "share.gov.az" platformasını istifadəyə verib.
Platforma "wetransfer", "dropbox", "boxca" və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə paylaşılacaq faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrələmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.
Yalnız "AzStateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri – "Kibertövsiyə" bölməsi əlavə olunub.
"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız "share.gov.az" platformasını tətbiq etməyi tövsiyə edir", – deyə məlumatda bildirilir. / banker.az

Xəbərlər     Tarix: 14 fevral 2023

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların


iqtisadi xeberler 1000 manatla biznes kripto depozit faizleri emlak xeberleri