Dövlət Xidməti "Apple" və "iPhone"la bağlı sahibkarlara xəbərdarlıq etdi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müracətlərin araşdırılması zamanı bəzi sahibkarlıq subyektləri tərəfindən reklamlarda "Apple" loqosunun təsvirindən, habelə "Apple" və "iPhone" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.
Bu barədə Banker.az-a Dövlət Xidmətindən bildirilir.
Qeyd edilir ki, "Apple" loqosunun təsviri, habelə "Apple" və "iPhone" sözləri beynəlxalq əmtəə nişanı kimi "Apple Inc." şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
"Həmin əmtəə nişanları Azərbaycan Respublikasında qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər"- deyə, Dövlət Xidməti vurğulayır.
Dövlət Xidməti sahibkarlara reklamlarda "Apple" loqosunun təsvirindən, habelə "Apple" və "iPhone" əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir.
Xatırladaq ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Dünyanın ən varlı 10 adamı
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SWIFT nədir?
Marketinq nə demədir?
Bitcoin nədir?