"Drujba"nın Polşadan keçən hissəsində sızıntı baş verib – Yenilənib
"Drujba" neft kəmərinin Polşadan keçən hissəsində sızıntı baş verib.
Bu barədə kəmərinin Polşadan keçən hissəsinin operatoru PERN məlumat yayıb.
Bildirilib ki, ötən gün Plotskdan 70 kilometr məsafədə yerləşən "Drujba" boru kəmərinin iki xəttindən birində sızıntı baş verib. Lakin bunun səbəbi məlum deyil. Kəmərin bu hissəsi vasitəsilə Almaniya neft nəql olunur.
Xatırladaq ki, kəmərin ötürücülük qabiliyyəti ildə 16.7 milyon ton neft təşkil edir.
Neft kəmərinin marşrutu Samaradan Bryanska, oradan isə Mozıra qədər uzanır, daha sonra o, 2 hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya).
***
"Drujba" kəmərində neft sızıntısı bir neçə saat davam edəcək.
Bu barədə Polşa Dövlət Yanğın Mühafizəsinin nümayəndəsi Karol Kejkovskiy məlumat verib.
O bildirib ki, yaxın saatlarda sızıntı azala bilər.
Zədələnmiş xətlə neftin vurulması artıq dayandırılıb və həmin xətdə təzyiq də azalır. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Necə Bitcoin almaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Bill Qeyts kimdir?
İnstaqramda biznes qurmağın yolları