Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,3 %, 2025-ci ildə 2,4% artacağını proqnozlaşdırıb. Bu isə Bankın bu ilin yanvar proqnozu ilə müqayisədə 0,1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2026-cı il üzrə də Azərbaycanda iqtisadi artımın 2,4% təşkil edəcəyini açıqlayıb.
Dünya Bankı ümumilikdə Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2024-26-cı illərdə təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.
"Azərbaycanın 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olan karbohidrogen ixracının müəyyən qədər bərpası gözlənilir. Bu dirçəlişin Ermənistan və Gürcüstanda son illərdə qeyri-adi yüksək artımdan sonra yavaşlamanı balanslaşdıracağı gözlənilir. Ukraynanın işğalı nəticəsində region ölkələrinin ticarətində isə artım davam edəcək"- hesabatda əlavə edilib. / banker.az
"Bank Respublika" mühüm təyinat baş tutub
"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları