Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq
"Google" Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq.
Hindistan dünyada ilk dəfə lazer interneti tətbiq edən ölkə olmaq məqsədilə işlərə başlayıb. "Google" holdinqə daxil olan "Alphabet" şirkəti Hindistanın əlaqə operatoru "Bharti Airtel" ilə əməkdaşlığa başlayıb.
Qeyd edək ki, lazer internet fiberoptik kabel olmadan yüksəksürətli və etibarlı internet əlaqəsini təmin edir. Lazer internetin faydaları arasında ərazinin coğrafi mövqeyinin önəmsiz olması, kabel quraşdırma və xidmət xərclərinin azalması və internetin daha çox istifadəçiyə çatdırılması qeyd edilə bilər. Hindistanın lazer internet proqramı ölkənin ictimai və iqtisadi inkişafına töhfə vermək niyyətindədir.
Dünyanın ən sıx məskunlaşdığı, əhali sayı 1,5 milyarda yaxınlaşan Hindistanda internet infrastrukturunun yaradılması böyük problemdir. Texnologiya nəhəngi "Google" isə bu məqsədlə fiberoptik kabellər yerinə güclü lazerlərdən istifadə edir. Bu texnologiya peyk internetinə ucuz alternativ ola bilər. / banker.az
Server çöküb - Saytlar işləmir
Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə