Dvlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Dvlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilibDünya Bankının mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti "Azərbaycanda vergi islahatları üzrə texniki yardım" mövzusunda icra edilən layihə çərçivəsində Bakıda səfərdədir. Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi Raul Feliks Xunkera Varelanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə qurumun vergi orqanlarının elektron informasiya sistemləri üzrə məsləhətçisi Vladimir Kalderon, vergi məsələləri üzrə beynəlxalq məsləhətçilər Xalid El-Korek və Kristian Lukas daxildir.
Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, həmçinin digər rəhbər vəzifəli şəxslər, Dünya Bankının nümayəndə heyəti və İsveçrənin Bakıdakı səfirliyinin nümayəndəsi iştirak ediblər. 
Tədbirdə "Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi" müzakirə edilib, habelə vergi islahatları ilə bağlı prioritetlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Dövlət Vergi Xidməti ilə Dünya Bankı arasında qeyd olunan  layihə çərçivəsində 2018-ci ildən qurulmuş əməkdaşlıq hazırda uğurla davam etdirilir. Layihənin məqsədi vergi siyasəti və vergi inzibatçılığı sahəsində səmərəli islahatların aparılması istiqamətində Dövlət Vergi Xidmətinə dəstək göstərməkdən ibarətdir. İki mərhələdən ibarət olan texniki yardım İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilir. Birinci mərhələdə "Tax Diamond" platformasının "Vergi inzibatçılığının funksional qiymətləndirilməsi" modulu əsasında vergi inzibatçılığının 12 müxtəlif fəaliyyət istiqamətləri qiymətləndirilib. Qiymətləndirmə modulunun nəticəsi olaraq, beynəlxalq vergitutma sahəsində fəaliyyət planı təsdiq edilib. 
Layihənin ikinci mərhələsində "Business Process Reengineering" platformasının "Biznes proseslərinin qiymətləndirilməsi" modulu çərçivəsində vergi ödəyicilərinin uçot-məlumat bazasının tamlığı, risklərin idarə olunması, "kölgə iqtisadiyyatı"nın azaldılması, vergi ödəyicilərinə göstərilən xidmətlər və vergi mübahisələrinin həlli istiqamətləri əhatə edilib. Bununla yanaşı, "Əsas İKT idarəçiliyinin qiymətləndirilməsi" layihəsinin icrasına başlanılıb və Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları sahəsi 14 meyar üzrə qiymətləndirilib. Hazırda "Əməletmə risklərinin idarə olunması" modulu çərçivəsində texniki yardım layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilməkdədir. 
Qeyd edilib ki, Dünya Bankının həyata keçirdiyi bir sıra uğurlu layihələrin benefisiarı olan Dövlət Vergi Xidməti beynəlxalq əməkdaşlıq layihələrinə böyük əhəmiyyət verir və SECO-nun dəstəkləməkdə maraqlı olduğu sahələri və potensial layihələri müzakirə etməkdə maraqlıdır. 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Dvlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilibDvlət Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib/ marja.az

Maliyyə     Tarix: 14 mart 2023

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə


iqtisadi xeberler bitkoin pul qazanmaq bitkoin almaq bank faizleri