DYP: 'Yol hərəkəti qaydaları yalnız sürücülər üçün deyil

DYP: 'Yol hərəkəti qaydaları yalnız sürücülər üçün deyilBakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli "Report"a açıqlamasında deyib ki, Azərbaycanın yol hərəkəti haqqında qanunvericiliyi sürücülərlə yanaşı, digər hərəkət iştirakçıları barəsində də hüquqlar və vəzifələr müəyyən edir:
"Hərəkətin digər iştirakçıları dedikdə buraya piyadalar, sərnişinlər, mopedçilər, velosipedçilər, həmçinin son dövrlər xüsusilə istifadəsi geniş yayılmış qeyri-mexaniki nəqliyyat vasitəsi hesab olunan skuter və seqveylər də aiddir. Hər bir hərəkət iştirakçısı yollarda qaydalara ciddi şəkildə riayət etməklə özünün və ətrafdakıların həyat və sağlamlığını qorumuş olur".
Araz Əsgərli deyib ki, yol hərəkəti qaydalarına əməl etməyənlərə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində hərəkətin digər iştirakçıları üçün 20 manatdan 100 manata qədər cərimələr nəzərdə tutulub:
"Hansısa qayda pozuntularını müvafiq inzibati tənbeh tədbirlərinə tuş gəlmək üçün deyil, şəxsin özünün həyat və sağlamlığının qorunması, ictimai münasibətlərdə düzgün rəftarının ətrafdakı insanların da qaydalara daha məsuliyyətli şəkildə yanaşmasını təmin etmək üçün olduğunu unutmamalıyıq. Xüsusilə deməliyik ki, valideynlər himayələrində olan azyaşlı övladlarına ciddi nəzarət etməli, onları velosiped və seqveylərlə ümumi istifadə olunan yollara buraxılmasının qarşısının alınmasında maraqlı olmalıdırlar. Yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyi gündəlik həyatımızda tətbiq etməyin vacibliyini bir daha hərəkət iştirakçılarımızın diqqətinə çatdırırıq".

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler valyuta xeberleri depozit faizleri online pul qazanmaq dollarin kursu bu gun