Əcnəbilərin bank kartları ilə əməliyyatları 2 mlrd. manata çatdı – REKORD

Əcnəbilərin bank kartları ilə əməliyyatları 2 mlrd. manata çatdı – REKORDƏcnəbi şəxslər bank kartları ilə 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 1 milyard 988.5 milyon manat və ya 1 milyard 169.71 milyon ABŞ dolları dəyərində əməliyyatlar aparıblar.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Beləliklə, əcnəbilərin bank kartları ilə əməliyyatları keçən illə müqayisədə cari ilin ilk üç rübündə 739.9 milyon manat və ya 59% artıb.
Təkcə sentyabr ayında 265.4 milyon manatlıq əməliyyatlar aparılıb. Sentyabrdakı əməliyyatların 155.02 milyon manatı "Visa", 106.08 milyon manatı isə "MasterCard" ilə aparılıb.Əcnəbilərin bank kartları ilə əməliyyatları 2 mlrd. manata çatdı – REKORDDövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 983.3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 28.4 faizi Rusiya Federasiyası, 16.2 faizi Türkiyə, 9.1 faizi Hindistan, 8.1 faizi İran, 4.2 faizi Səudiyyə Ərəbistanı, 4.1 faizi Gürcüstan, 3.3 faizi Qazaxıstan, 2.9 faizi Pakistan, hər birindən 1.7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1.4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1.2 faiz olmaqla İsrail və Türkmənistan, 1.1 faizi Oman, 1.0 faizi Belarus, 11.3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66.8 faizini kişilər, 33.2 faizini isə qadınlar təşkil edib.

Banklar     Tarix: 29 oktyabr 2024

Oxşar xəbərlər

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət


iqtisadi xeberler biznes qurmaq telefonla pul qazanmaq dollar məzənnəsi kripto