Əhali nağd dollarını banklarda manata dəyişdirir – Əhalidən banklara $ axını

Əhali nağd dollarını banklarda manata dəyişdirir – Əhalidən banklara $ axınıAvqusta bankların əhalidən aldığı nağd ABŞ dollarının həcmi əhaliyə satılanı gözlənildiyi kimi yenidən üstələyib və onlar milli valyutada banklara depozit yerləşdirməyi üstün tuturlar.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, banklar avqust ayında əhalidən nağd 139.5 milyon ABŞ dolları alıblar. Əhaliyə satılan isə 114.28 milyon dollar təşkil edib.
2023-cü ilin avqustunda Dövlət Neft Fondu yerli banklara hərraclarda 93.9 milyon ABŞ dolları valyuta satıb.
Beləliklə, 2023-cü ilin ilk səkkiz ayı ərzində banklar əhalidən nağd 1 milyard 57 milyon dollar aldıqları halda, onlara cəmi 1 milyard 24 milyon dollar satıblar. Nəticədə əhali tərəfdən banklara nağd 32 dollar axını olub.
Əhali nağd dollarını banklarda manata dəyişdirir – Əhalidən banklara $ axınıAzərbaycan Mərkəzi Bankı da bu şəraitlə bağlı 20 sentyabr tarixli faiz qərarına dair açıqlamasında yer verdi. Bildirildi ki, profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir.
Hesabat müddətində Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99 faizdə təklif tələbi üstələyib. Bu dövrdə AMB valyuta bazarına müdaxiləsi 122 mln. ABŞ dolları olmaqla alışyönlü olub.
Bununla belə, valyuta bazarındakı dollar tələbinin azalmasına rəğmən Azərbaycan Mərkəzi Bankı nağd ABŞ dolları ilə bağlı yerli banklara limiti aradan qaldırmayıb.
ƏHALİ MANATDA DEPOZİTƏ DAHA ÇOX MEYİLLİDİR…
Hökumət və Mərkəzi Bankdan manatın məzənnəsi dollara qarşı sabit qalacağına dair növbəti siqnalları əhalini bu valyutada depozit yerləşdirməyə stimul verir. 2023-cü ilin əvvəli əhalinin banklardakı cəmi depozitlərinin həcmi 6.9 faiz artaraq avqustun sonuna 12 milyard 276 milyon manata yüksəlib. Baxmayaraq ki, 1 fevraldan depozitlər üçün 10%-lik vergi güzəşti ləğv edilib, bu müddətli depozitlərin həcminə təsir etmədi.
Müddətli depozitlərin həcmi ilin əvvəlindən 8 faiz artaraq 6 milyard 691.5 milyon manata yüksəlib. Bu artım manatda yerləşdirilən müddətli əmanətlərdə 13.5 faizdir. Xarici valyutada olan depozitlərin həcmi 0.9% ilin əvvəlindən azalma nümayiş etdirir.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 2024-cü il üzrə büdcə proqnozu açıqlanıb, orada bildirilir ki, İqtisadiyyat Nazirliyi dollar/manat cütlüyünün 1.7 səviyyəsində sabit qalması dəstəklənəcək. İqtisadiyyat  Nazirliyi  tərəfindən  təqdim  olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ciillər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi bu səviyyədə götürülüb.

Banklar     Tarix: 27 sentyabr 2023

Oxşar xəbərlər

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic


iqtisadi xeberler bitcoin qiymeti kicik biznes online pul qazanmaq biznes xeberleri