Ekspert: "Güzəştli mənzil almaq istəyənlər üçün mexanizm dəyişməlidir"
"Hadisələr o qədər sürətlə baş verir ki, iqtisadi və siyasi trendlər elə tez-tez dəyişir ki, hər birinə münasibət bildirmək üçün zaman ayırmaq mümkün deyil. Amma elə hadisələr olur ki, bu hadisəyə rəsmi və ya qeyri-rəsmi səviyyədə bildirilən münasibətlərin heç biri (sosial şəbəkələrdə belə) qaneedici olmur. Bu zaman belə aktual məsələlərə münasibət bildirməmək olmur.
Məsələn, MİDA-nın "Güzəştli mənzil" satışı".
KONKRET.azxəbər verir ki, bunu sosial media hesabında iqtisadçı-ekspert Eldəniz Əmirov yazıb.
"Bu məsələdə mən əsas problemi nə MİDA-nın fəaliyyətində, nə sistemin çökməsində, nə də hansısa kiber müdaxilədə görmürəm. Hər nə etsələr də belə problemlər olacaq.
Ona görə ki, ən böyük yanlışlıq güzəştli mənzilləri əldə etmək üçün tətbiq edilən mexanizmdədir.
Baxın, adını "güzəştli" qoyub, amma qazanmaq şansını kimlərə veririk? Yüksək İT bacarığı olan, kompüterlə cəld işləməyi bacaran, yüksək internet sürəti olan və s. insanlara.
Bunun harası güzəşt fəlsəfəsinə uyğundur?! Burda bacarıq fəlsəfəsi hökmranlıq edir.
Bəlkə birinin əqli cəhətdən zəifdir, bəlkə birinin olduğu ərazidə internetin başına oyun açırlar, bəlkə birinin "mışka" tutan əllərində qüsur var, bəlkə seçim olan günü Azərişığın ürəyi istədi birinin məhəlləsində işığı söndürdü? Olmaz!
"Güzəştli mənzil" kimi gözəl ideyanı sonda gətirib fiziki və zehni bacarığa bağlamaq olmaz!
Gözəl "Güzəşt" konsepsiyasını sonda hiyləgər "Şans oyunu"na çevirmək olmaz!
Mexanizm dəyişməlidir. Güzəştli mənzilə haqqı çatan insanlar arasından daha çox haqq edənlərin seçilməsi üçün daha təkmil mexanizm müəyyən edilməlidir".
KONKRET.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Biznesə aid ən yaxşı 10 kitab
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
"Freelance" nədir?