Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
®Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixdə 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Günay Bank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə "Günay Bank" ASC müflis elan edilib və barəsində iflas proseduruna başlanıb.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestrə daxil olma tarixi
Bankın adı
1
30.07.07
ASC "XALQ"Bankı
2
"Azərbaycan Beynəlxalq Bankı"ASC
3
"ACCESSBANK" QSC
4
Melli İran Bankı Bakı filialı
5
"Azər-Türk Bank" ASC
6
"Bank of Baku" ASC
7
"Bank Respublika" ASC
8
"Kapital Bank" ASC
9
"Muğanbank" ASC
10
"YELO BANK" ASC
11
"Rabitəbank" ASC
12
"TURANBANK" ASC
13
"UNİBANK" KB ASC
14
Yapı Kredi Bank Azərbaycan QSC
15
07.08.07
"Expressbank"ASC
16
10.09.07
"Azərbaycan Sənaye Bankı" ASC
17
04.12.07
"Bank Avrasiya" ASC
18
"Paşa Bank" ASC
19
29.08.08
"Naxçıvanbank" ASC
20
16.01.09
"AFB BANK"ASC
21
26.02.09
BANK VTB (AZƏRBAYCAN) ASC
22
28.04.09
PREMIUM BANK ASC
23
15.04.10
Bank "BTB" ASC
24
15.05.15
"Ziraat Bank Azərbaycan" ASC / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın ən varlı 10 müğənnisi
ZARA-nın uğur hekayəsi
Onlayn biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?