Ən çox mal alıb-satdığımız ölkələr - SİYAHI

Ən çox mal alıb-satdığımız ölkələr - SİYAHI2023-cü ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən (DSK) KONKRET.az-a verilən məlumata görə, 106 ölkəyə məhsul ixrac, 175 ölkədən idxal olunub.
2023-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 19602,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 12763,6 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 6838,7 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5924,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,2 faiz azalıb, real ifadədə isə 2,3 faiz artıb. İdxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb. 2023-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1465,8 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarət dövriyyəsinin 33,1 faizi İtaliya, 15,6 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 faizi Çin, 3,4 faizi Almaniya, hər biri 3,1 faiz olmaqla Hindistan və Yunanıstan, 3,0 faizi İspaniya, 2,8 faizi İsrail, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan, Türkmənistan və Rumıniya, 1,5 faizi Fransa, 1,2 faizi İrlandiya, 0,9 faizi İran, hər biri 0,8 faiz olmaqla Qazaxıstan, ABŞ və Avstriya, 10,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 46,0 faizini İtaliyaya, 16,2 faizini Türkiyəyə, 4,3 faizini Yunanıstana, 4,0 faizini İspaniyaya, 3,9 faizini İsrailə, 3,8 faizini Hindistana, 2,9 faizini Rusiyaya, 2,4 faizini Çexiyaya, 2,3 faizini Almaniyaya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Rumıniyaya, 1,6 faizini İrlandiyaya, 0,9 faizini Avstriyaya, 0,8 faizini Bolqarıstana, 0,7 faizini Xorvatiyaya, 0,6 faizini İndoneziyaya, hər biri 0,5 faiz olmaqla Sinqapur, Vyetnam və Fransaya, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,7 faiz), Rusiyaya (27,6 faiz), Gürcüstana (11,0 faiz), İsveçrəyə (3,6 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,2 faiz), İtaliyaya (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Özbəkistana (1,3 faiz), Belçikaya (1,3 faiz), Rumıniyaya (1,2 faiz), Çinə (1,1 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,3 faizi Rusiya, 14,7 faizi Çin, 14,1 faizi Türkiyə, 6,0 faizi Almaniya, 5,2 faizi Türkmənistan, 3,9 faizi Fransa, 3,0 faizi İran, 2,8 faizi ABŞ, 2,6 faizi İtaliya, 2,3 faizi Yaponiya, 2,2 faizi Koreya, 2,1 faizi Qazaxıstan, 1,9 faizi Belarus, 1,7 faizi Birləşmiş Krallıq, 1,5 faizi Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 12,6 faiz, təzə tərəvəz – 20,0 faiz, kartof – 58,6 faiz, şəkər – 28,6 faiz, meyvə və tərəvəz şirələri – 38,5 faiz, meyvə və tərəvəz konservləri 3 – 56,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 92,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 43,2 faiz, polipropilen – 2,4 dəfə, polietilen – 51,7 faiz, emal olunmamış alüminium – 13,5 faiz, qara metallardan borular – 13,2 faiz, sement klinkerləri – 14,3 faiz artmış, çay ixracı isə 68,5 faiz, tütün – 56,4 faiz, bitki yağları – 81,6 faiz, pambıq lifi – 48,0 faiz, mineral gübrələr – 15,0 faiz, pambıq ipliyi – 2,7 faiz, qara metallardan çubuqlar – 6,2 faiz, bentonit gili – 1,5 faiz, qara metallardan yarımfabrikatlar – 64,6 faiz azalıb.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 2023-cü ilin yanvar-may aylarında buğda idxalı 26,6 faiz, unlu qənnadı məmulatları – 6,4 faiz, şokolad və şokolad məhsulları – 5,9 faiz, quş əti və onun əlavə məhsulları – 8,3 faiz, mal əti – 2,5 dəfə, siqaretlər – 32,0 faiz, minik avtomobilləri – 41,6 faiz, dərman vasitələri – 8,4 faiz, polad prokatı – 2,3 dəfə, hesablama maşınları, blok və qurğuları – 4,8 faiz, qara metallardan borular – 33,6 faiz, rezin şinlər – 18,1 faiz, sintetik yuyucu vasitələr – 25,0 faiz, yük avtomobilləri – 42,2 faiz, polietilen – 73,1 faiz, mebellər – 9,3 faiz, mineral gübrələr – 51,6 faiz, qara metallardan çubuqlar – 0,1 faiz, paltaryuyan maşınlar – 29,2 faiz, polipropilen – 50,2 faiz, qara metallardan künclüklər – 45,2 faiz, məişət soyuducuları – 75,4 faiz artmış, bitki yağları idxalı isə 14,8 faiz, xam şəkər – 0,8 faiz, təzə meyvə – 10,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,2 faiz, çay – 11,6 faiz, kartof – 20,9 faiz, təzə tərəvəz – 1,1 faiz, məişət kondisionerləri – 3,5 faiz, avtobuslar – 79,1 faiz, sement – 30,2 faiz azalıb.

Xəbərlər     Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler dollar manat kursu avtomobil xeberleri en son xeberler biznes krediti