Ərdoğan: "Türkiyədən güzəşt gözləməsinlər"
Nə qədər ki, Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatının fəaliyyətinin qarşısını almayacaqlar, bizdən müsbət yanaşma gözləməsinlər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələlərini dəyərləndirərkən deyib.
Ərdoğan tərəflərin üzərlərinə götürdükləri öhdəliyi mütləq yerinə yetirməli olduqlarını vurğulayıb.
"Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarını bu və ya digər formada dəstəkləmək, onların fəaliyyətinə göz yummaq bir sıra digər Avropa ölkələrində də mövcuddur", – deyə Prezident İsveç və Finlandiyaya səslənib.
Xatırladaq ki, İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili iyulun 23-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz bildirilib.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c