Ərdoğanın partiyası 21 illiyini qeyd edir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yaranmasının 21-ci ilini qeyd edir.
KONKRET.az xəbər verir ki, AKP lideri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya üzvlərinə məktub yollayıb.
"Yaranan gündən bu yana keçirilən seçkilərdə 15 dəfə qələbə qazanan AK Partini 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərində də yenidən zəfər qazandırmaqda qərarlıyıq", – Ərdoğan bildirib.
Məktubda, həmçinin qeyd olunub: "Bu gün keçmişimizə nəzər saldıqda, 20 il ərzində bir əsrlik demokratiya və inkişaf layihələrini həyata keçirdiyimizi məmnuniyyətlə müşahidə edirik. Təhsildən səhiyyəyə, təhlükəsizlikdən ədalətə, nəqliyyatdan enerjiyə, sənayedən idmana qədər Türkiyənin, sadəcə, çatışmazlıqlarını aradan qaldırmadıq, həm də gələcək irəliləyişlər üçün infrastruktur yaratdıq. İndi güclü infrastruktur üzərində 2023-cü il hədəflərimizi reallaşdıraraq və 2053-cü ilə baxışımızı quraraq ölkəmizə və millətimizə verdiyimiz bütün vədləri yerinə yetirmək istəyirik. Bunun üçün 2023-cü il seçkiləri kritikdir".
Bildirilib ki, AKP avqustun 15-də "Bir olduq, 21 olduq" mövzusunda proqram keçirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı proqramda 3 min qonağın iştirakı gözlənilir.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən varlı 10 müğənnisi
Green Card nədir və onu necə əldə etmək olar?
IMEI kod nədir?
Mcdonalds françayzinqi neçiyədir?