Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi - YENİLƏNİB

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi - YENİLƏNİBBu gün Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
KONKRET.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
***
16:49
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl rayonunda rəsmi qarşılanma mərasimi keçirilir.
Mərasimdə Prezident İlham Əliyev iştirak edir.
KONKRET.azhəmin görüntüləri təqdim edirik:

Xəbərlər     Tarix: 20 oktyabr 2022

Oxşar xəbərlər

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

Almaniya Azərbaycandan neft alışını artırıb

Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər


iqtisadi xeberler valyuta xeberleri leobank kart dollar kursu dollar məzənnəsi