Ərdoğanla Bayden arasında görüş ola bilər
Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.
KONKRET.az xəbər verir ki, iki ölkə liderlərinin Vaşinqtonun Ankaraya F-16 qırıcı təyyarələri satması sahəsində yaranan problemləri müzakirə edəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, Türkiyə bu prosesin uzanmasını istəmir. Ona görə də məsələni ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə həll edərək F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresində müzakirəyə çıxarılmasına çalışır. Beləliklə, Konqres bir müddət sonra F-16 satışını təsdiqləyə bilər.
Qəzet yazıb ki, Türkiyə müdafiə sənayəsi firmalarının imkanlarının, ixraclarının artırılması yeni və milli müdafiə sənayəsinin inkişafına töhfə verəcək. Ödəmələr zamanı yarana biləcək mənfi təsirlərin qarşısını almaq məqsədilə əsas firma olan OFFSET-lə razılaşmalar imzalanacaq. Beləliklə, "qazan-qazan" prinsipi həyata keçiriləcək. Çünki bu razılıq əsasında qarşı tərəf də Türkiyədən bəzi istehsal məhdulları almalı olacaq.
Qeyd edək ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib. Söhbət 40 yeni "F-16 Block 70" qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir.//Report

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları