Ermənistanın növbəti təxribatları: 'Paşinyan bilərək bunu ona görə edir ki...' - SƏBƏBLƏR
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bəs, Ermənistan tərəfi bu cür təxribatlarla nəyə nail olmağa çalışır?
Millət vəkili Fəzail Ağamalı bu barədə azxeber.com-a fikirlərini bildirib.
Deputat burada iki əsas səbəbin olduğunu qeyd edib:
"Burada iki əsas səbəb ola bilər. Birincisi, Rusiya ilə bağlı olan revanşist qüvvələrin təsir dairəsində fəaliyyət göstərən yüksək rütbəli hərbçilər ola bilər. Bu hərbçilər almış olduğu komandaya uyğun olaraq sərhəd boyunca bu cür təxribatlar törədirlər. Danışıqların gedişinə mənfi təsir göstərərək gərginlik yaradırlar.
İkinci səbəb isə o ola bilər ki, Paşinyan cəmiyyəti sülhə hazırlamaq üçün düşünülmüş şəkildə bu gərginliyi saxlayıb göstərməyə çalışır ki, əgər sülh danışıqları olmasa, sərhədlər dəqiqləşməsə, münasibətlər normallaşmasa, bu cür atışmalar müharibəyə gətirib çıxara bilər. Yəni cəmiyyəti müharibədən çəkindirmək, müharibə vasitəsilə qorxutmaq üçün düşünülmüş şəkildə bu cür addımlar atıla bilər. Nəticədə, cəmiyyət də Paşinyanın dediyi kimi, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinə hazır olsun".
F.Ağamalı bildirib ki, bu təxribatların heç bir təsiri olmayacaq:
"Nəticə etibarilə, bunun təsiri olmayacaq. Çünki hazırda Rusiyanın mövqeyi getdikcə zəifləyir. Paşinyan bunun fərqindədir. Şübhəsiz ki, bu danışıqların moderatoru kimi çıxış edən Avropa İttifaqı vasitəsilə danışıqların aparılması Paşinyana əlavə güc verir. Aİ-nın bu danışıqlarına ABŞ-da çox müsbət yanaşır. Paşinyan həm də bu amilə görə, Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır".
Deputat həmçinin vurğulayıb ki, hər bir təxribatın cavabı dəfələrlə artıq verilir:
"Ermənistanın hər bir təxribatına qarşı Azərbaycanın qəhrəman əsgər və zabitləri, silahlı qüvvələrimiz lazımi şəkildə cavab verib, bundan sonra da verəcək. Hər bir atəşə qarşı onlarla cavab atəşi, hər bir xəsarət almış əsgər və zabitlərimizə qarşı ondan 10 dəfə artıq onlara zərbə vurulacaq. Mən tam əminəm ki, bizim silahlı qüvvələrimiz yüksək hazırlıq səviyyəsindədir. Ermənilərə hər zaman olduğu kimi, indi də qətiyyətlə cavab verirlər. Bütün bunlar Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında da özünü göstərir."
Aydın Nuri

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Whatsapp biznesin üstünlükləri nələrdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət