"Expressbank" daha bir Vətən Müharibəsi iştirakçısına dəstək oldu
®"Expressbank" sosial məsuliyyət layihələrinin təşviqinə və təşklinə dəstək olmağa davam edir. Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün dəstəyini göstərən bank, daha bir Vətən Müharibəsi iştirakçısına dəstək olmuşdur. Layihə çərçivəsində şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçılarına dəstəyi əsas sayan "Expressbank", Gəncə şəhər sakini, Vətən Müharibəsinin iştirakçısı Qurbanov Həbib Cahid oğluna məşğulluğunun təmin edilməsi üçün planlaşdırılan fəaliyyət istiqamətii üzrə müvafiq olaraq çatdırılma xidməti avadanlıqlarını təqdim etmişdir.
Ümumi olaraq layihə çərçivəsində 44 vətəndaşa dəstək olan "Expressbank", proqrama müraciət etmiş digər vətəndaşlara da dəstəyini davam etdirəcəkdir. Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı əməkdaşlıq əsasında davam edir. / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Necə Bitcoin almaq olar?