Expressbankda Çəhrayı Oktyabr seminarı keçirilib

Expressbankda Çəhrayı Oktyabr seminarı keçirilib®Expressbank Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı ilə əlaqədar qadın əməkdaşlarına maarifləndirmə seminarı keçirib. Seminar zamanı Liv Bona Dea Xəstəxanasının həkim – onkoloqu erkən diaqnozun önəmindən bəhs edib və bununla əldə edilən müsbət nəticələrə diqqət çəkib. Həmçinin seminar iştirakçılarına sözügedən xəstəliyin risk faktorlarından və özünümüayinə üsullarından bəhs olunub. Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, hər il ölkəmizdə orta hesabla 2 mindən çox qadına süd vəzi xərçəngi diaqnozu qoyulur. Həyatın hər sahəsində qadınların aktiv iştirakı onların stres səviyyəsinin artmasına, bu və başqa risk faktorlarının təkan verməsi isə xəstəliyin hər növbəti il yüksələn statistika ilə görünməsinə gətirib çıxarır.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Məhz bu səbəbdən dünya üzrə qadınların bu mövzuda maariflənməsini artırmaq və erkən müayinənin müsbət nəticələrinə diqqət çəkmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Belə ki, statistik məlumatlara görə erkən diaqnozun qoyulması və doğru müalicənin tətbiq olunması 98% hallarda həyat xilas edir.
Qeyd edək ki, Expressbank ASC mütəmadi olaraq əməkdaşlarının sağlamlığının qayğısına qalır və bu istiqamətdə müvafiq müayinə və maarifləndirmə tədbirləri həyata keçirir.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" – İşiniz rahat getsin! / banker.az

Banklar     Tarix: 24 oktyabr 2024

Oxşar xəbərlər

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta


iqtisadi xeberler emlak xeberleri dollar manat kursu bitkoin bu gunun xeberleri