Expressbankda Daun Sindromu Günü keçirilib

Expressbankda Daun Sindromu Günü keçirilib®Müasir dünyada uğurlu şirkətlərin əsas dəyərlərindən biri inklüzivlik və bərabər imkanların təmin olunmasıdır. Expressbank bu istiqamətdə gördüyü işlərlə cəmiyyətimizin sosial inkişafını daim dəstəkləməyə xidmət edir.
İnklüziv cəmiyyətin qurulması yönündə Bankın atdığı addımlardan biri də Beynəlxalq Daun Sindromu Günü çərçivəsində həyata keçirilən layihə olub. Expressbank "Qayğı -Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin dəstəyi ilə bu xüsusi gündə Daun sindromlu gəncləri baş ofisində qonaq edərək onların iş mühiti ilə tanış olmasına şərait yaradıb. Layihə çərçivəsində gənclər Bankın müxtəlif departamentlərindəki iş proseslərini yaxından izləyib, kollektivlə ünsiyyət quraraq iş dünyası haqqında ilkin praktiki biliklər əldə ediblər.
"Bərabər imkanlar – Fərqli gələcək" şüarı ilə həyata keçirilən layihənin məqsədi bu gənclərin iş dünyasına inteqrasiyasına dəstəyi ifadə etməklə yanaşı, onların maraq sahələrini və karyera istiqamətlərini kəşf etmələrinə təkan vermək olub.
Layihənin yekununda gənclər çay süfrəsinə qonaq olublar. Bankın əməkdaşları ilə yanaşı, həm də rəhbər üzvləri gənclərlə fərdi şəkildə maraqlanaraq onların gələcəyə baxışları ilə bağlı fikirlərini dinləyib. Layihəyə maraq göstərib iştirak edən hər bir gəncə Bank tərəfindən təşəkkürnamə və qacetlər təqdim edilib.
Qeyd edək ki, Expressbank uşaqlara və gənclərə yönəlik sosial məsuliyyətinə hər zaman həssaslıqla yanaşır və bu istiqamətdə mütəmadi layihələr həyata keçirir.  / banker.az

Banklar     Tarix: 17 mart 2025

Oxşar xəbərlər

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy


iqtisadi xeberler bitkoin telefonla pul qazanmaq bu gunun xeberleri valyuta mezennesi