Expressbankda qanvermə aksiyası keçirilib

Expressbankda qanvermə aksiyası keçirilib®Expressbank korporativ sosial məsuliyyətinə hər zaman həssas yanaşan maliyyə institutu olaraq ənənəvi qanvermə aksiyasını bu il də həyata keçirib.
Mərkəzi Qan Bankının dəstəyi ilə ərsəyə gələn aksiya zamanı donorların sağlamlıq vəziyyəti peşəkar həkim-hemotoloq tərəfindən müayinə olunduqdaq sonra yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb. Tədarük olunan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə çatdırılmaq məqsədilə depolanıb.
8 may Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş ofisində keçirilən aksiyaya Bankın paytaxt filiallarından da qatılanlar olub. Aksiyada həmçinin Bankın rəhbər heyəti, o cümlədən Müşahidə Şurasının müstəqil üzvü, Audit Komitəsinin sədri Fuad Məmmədov, İdarə Heyətinin sədri Mehman Məmmədov və İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Rüfət Mürşüdlü də iştirak edib.
Qeyd edək ki, qanvermə aksiyaları Expressbankda artıq illərdir ki, davam edir və ənənə halını alıb. Bank bildirib ki, bu tipli aksiyaların təşviqinə irəlidəki illərdə də dəstəyini göstərəcək.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz. / banker.az

Banklar     Tarix: 08 may 2025

Oxşar xəbərlər

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar

Moody"s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody"s-in qiymətləndirməsin

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək

"İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasının məhdudlaşdırılması barədə rəsmi məlumat yayıb. Qeyd edilib ki, "İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərin

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə


iqtisadi xeberler dollar məzənnəsi bu gunun xeberleri bitcoin qiymeti telefonla pul qazanmaq