Expressbankda rəqəmsal şəxsiyyət vəsiqəsilə işiniz daha rahatdır

Expressbankda rəqəmsal şəxsiyyət vəsiqəsilə işiniz daha rahatdırExpressbank müştərilərə rahat bank xidməti göstərmək üçün daha bir yeniliyə imza atıb. Belə ki, Expressbank İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində, artıq bank xidmətlərini rəqəmsal şəxsiyyət vəsiqəsilə həyata keçirməyə başlayıb.
Başqa sözlə, bank xidmətlərindən yararlanmaq üçün şəxsiyyət vəsiqənizi fiziki olaraq təqdim etməyə ehtiyac yoxdur. Çünki şəxsiyyət vəsiqənizin bütün məlumatlarını "mygov" tətbiqindən əldə etmək imkanınız var. Bunun üçün "mygov" tətbiqindəki dinamik QR kodun aşağı hissəsində görünən 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim etməyiniz kifayətdir.
Məlumat üçün bildirək ki, bu yenilik 16 iyul 2024-cü il tarixində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununda edilən dəyişikliyə əsasən həyata keçirilir.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" – İşiniz rahat getsin! / banker.az

Banklar     Tarix: 12 sentyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma


iqtisadi xeberler investisiya pul qazanmaq biznes xeberleri bank faizleri