Əziz Səncərdən beyin xərçənginin müalicəsində inqilabi kəşf
Əziz Səncərdən beyin xərçənginin müalicəsində inqilabi kəşf
Türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər "EdU" adlı molekulun sinir hüceyrələrinə zərər vermədən beyindəki şişlərin müalicəsində istifadə oluna biləcəyini göstərən araşdırmaya imza atıb.
Bu araşdırma müalicəsi çox çətin olan qlioblastoma adlı beyin şişi üçün mühüm ümid işığıdır.
Qlioblastoma adlanan beyin şişləri ən aqressiv şişlərdən biridir. Xəstənin, müalicəyə baxmayaraq, orta ömrü 15 aydır. Təxminən 100 min adamın 1-də görülərkən, bu nisbət son illərdə 100 mində 3,25-ə yüksəlib.
Əhalinin qocalması, havanın çirklənməsi, ağır metalların təsirinə məruz qalma və keçmişlə müqayisədə diaqnostik imkanların inkişafı bu baxımdan faktordur. Qlioblastoma olan xəstələrin yalnız beş faizi beş il sağ qalır. Avropa və Şimali Amerikada daha çox rast gəlinən xəstəliyə qadınlardan daha çox, kişilərdə rast gəlinir.
Xəstənin müalicəyə baxmayaraq ömrünün qısa olmasının səbəbi hal-hazırda istifadə edilən kimyaterapiya dərmanlarının beyində "qan-beyin baryeri" deyilən baryerdən keçə bilməməsi və təsir göstərə bilməməsidir.
Səncərin ixtirası ilə beyin xərçənginin "EdU" molekulundan istifadə edilərək neyronlara, yəni sinirlərə zərər vermədən öldürülə biləcəyi düşünülür.
Bunun səbəbi şişlərin DNT-ni sintez etdiyi halda, beyin hüceyrələrinin sintez etməməsidir. Beyin hüceyrələri DNT sintez etmədiyindən, yəni çoxalmadığından, "EdU" molekulunun hədəfində olmurlar.
Mənbə: NTV

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
IMEI kod nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Shopify-da necə satışa başlamaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız