Facebook izləyici sayındakı kütləvi azalmalara aydınlıq gətirdi
Bu gün bir sıra istifadəçilər "Meta" şirkətinə məxsus feysbuk sosial şəbəkəsində izləyicilərinin sayının kəskin şəkildə azaldığını bildirib.
İzləyicilərini itirənlər arasında hətta feysbukun qurucusu Mark Zukerberq də olub. Onun abunəçilərinin sayı da 119 milyon nəfər azalsa da, daha sonra əvvəlki rəqəm bərpa olunub. "Meta" şirkəti açıqlama yayaraq problemdən xəbərdar olduqlarını və bunun texniki xəta üzündən baş verdiyini bildirib. Şirkət baş vermiş narahatlığa görə üzr istəyib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə,bəzi mənbələr baş verənləri Facebook-un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib:
"Bir həftə öncə bəzi ABŞ media qurumların hesablarında da belə bir problem baş vermişdi.
Ümumiyyətlə, son zamanlar feysbuk hesabatlarından görünürdi ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb.
Son yarım ildə hətta milyarddan çox saxta Facebook profilinin silindiyi bildirilirdi". / banker.az
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml