Faydalı qazıntı yataqları hərraca çıxarılır
İyulun 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraca 9 faydalı qazıntı yatağı çıxaracaq. Bunlar, Abşeron rayonu "Qızılburun" gil yatağı, Abşeron rayonu "Şıxzərli" gips yatağı, Ağstafa rayonu "Ağstafaçay" qum-çınqıl yatağı", Göygöl rayonu "Qızılca" plagioporfir yatağı, İsmayıllı rayonu "Bilistan-II" qum-çınqıl yatağı, İsmayıllı rayonu "Təzəkənd" qum-çınqıl yatağı, İsmayıllı rayonu "Göyçay-I" qum-çınqıl yatağı, Şabran rayonu "Dəvəçiçay" qum-çınqıl yatağı, Quba rayonu "Qonaqkənd" qum-çınqıl yataqlarıdır.
Başlanğıc qiyməti 2 500 – 76 000 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu iyunun 22-si, saat 16:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38 C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.
Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsinə, eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
SMM nədir?
Digital Card nədir?
Marketinq nə demədir?