FED faiz qərarını açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, gözlənildiyi kimi, FED faiz dərəcələrini dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsində saxlayıb.
FED iyul iclasında faizlərini dəyişməyərək 5,25-5,50 faiz aralığında dəyişməz saxlayıb.
Bank inflyasiyanın hədəfə doğru getdiyini bildirib və faiz dərəcəsinin aşağı salınmasının qaçılmaz olduğuna işarə edib.
Bloomberg sorğusuna qatılan iqtisadçılar da faiz dərəcələrində dəyişiklik gözləmirdilər. FED 2023-cü ilin iyul ayından etibarən faiz dərəcələrini bu səviyyədə saxlayır.
FED İyun iclasında faiz dərəcələrini sabit saxlasa da, bu il üçün faiz endirimi proqnozunu 3-dən 1-ə endirib. İclasda 2024 və 2025-ci illər üçün inflyasiya proqnozlarına yuxarıya doğru yenidən baxılıb.
FED yaydığı press-relizində, məşğulluğun yavaşladığını, lakin işsizlik səviyyəsinin hələ də aşağı olduğunu qeyd edib.
Bakı vaxtı ilə saat 22:30-da FED sədri Jerome Powell mətbuat konfransında açıqlamalar verəcək. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
SMM nə deməkdir?