Fərdi hesabda toplanan pensiya kapitalı necə indeksləşdirilir?

Fərdi hesabda toplanan pensiya kapitalı necə indeksləşdirilir?Vətəndaşların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilərək artırılması üçün Dövlət Statistika Komitəsi istehlak qiymətləri indeksinin illik səviyyəsini açıqlamalıdır. Artım necə hesablanır? Bu sualı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırır.
"Əmək pensiyaları haqqında" qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Qanunvericiliyə uyğun olaraq sığortaolunanların, yəni hazırda əmək fəaliyyətini davam etdirən vətəndaşların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı (pensiya təyinatında istifadə edilməmiş kapital) ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən indeksləşdirilir:
"Məsələn, ötən ilin istehlak qiymətləri indeksinin illik səviyyəsi (infilyasiya) 6,7 faiz olub. Tutaq ki, vətəndaşın 35 yaşı var və onun fərdi hesabının sığorta hissəsində 45.000 manat pensiya kapitalı qeydə alınıb. Qaydaya uyğun olaraq hələ pensiya hüququ yaranmamış vətəndaşın pensiya kapitalı 1 yanvar 2022-ci il tarixindən 6,7 faiz indeksləşdirilərək 48.015 manata çatdırılıb:
45.000 x 6,7% = 48.015 manat.
R.Mehdili pensiya təyin olunan vətəndaşların pensiya kapitalının da indeksləşdirildiyini deyib. Bu zaman əvvəlki ilin orta aylıq əməkhaqqındakı artım tempi əsas götürülür:
"Qanunvericiliyə uyğun olaraq pensiya təyin edilmiş sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən indeksləşdirilir. Məsələn, ötən ilin orta aylıq əməkhaqqının illik artım səviyyəsi 3,4 faiz olub. Bununla bağlı fərdi hesabının sığorta hissəsində artımı hesablayaq:
Tutaq ki, fərdi hesabında 72.000 manat pensiya kapitalı olan vətəndaş 500 manat əmək pensiyası alır.
72.000:144 = 500 manat.
1 yanvar 2022-ci il tarixindən həmin şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan 72.000 manat pensiya kapitalı orta aylıq əməkhaqqının artım tempinə uyğun – 3,4 faiz indeksləşdirilməklə 72.000 manatdan 74.448 manata çatdırılır.
72.000 x 3,4% = 74.448 manat.
Buna müvafiq olaraq həmin vətəndaşın pensiyası 500 manatdan 517 manata çatdırılıb:
74.448 :144 = 517 manat.
Departament müdiri əlavə edib ki, Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ilə dair istehlak qiymətləri indeksinin illik səviyyəsi müəyyən edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu ilin 1 yanvar tarixindən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək artırılacaq. Fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsi bütün sığortaolunanlara eyni qaydada şamil olunur. Sığortaolunanın əmək müqaviləsi və mülki müqavilə ilə işləməyindən aslı olmayaraq fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı eyni qaydada indeksləşdirilir. / banker.az

Xəbərlər     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler dollar kursu 1000 manatla biznes dollar mezenne rubl mezenne