Fərid Məmmədov "Kapital Bank"ın Müşahidə Şurasının sədri seçildi 

Fərid Məmmədov Uğurlu korporativ idarəetmə strategiyasına malik olan "Kapital Bank" ASC-nin Müşahidə Şurasına yeni rəhbər təyin olunub. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Belə ki, "Kapital Bank" ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən "Kapital Bank" ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib. 
Qeyd edək ki, Fərid Məmmədov daha öncə "Kapital Bank"ASC-də İdarə Heyətinin sədrinin birinci müavini, "PAŞA İnvestments" MMC-də Müşahidə Şurasının üzvü, "PAŞA Sığorta" ASC və "PAŞA Həyat Sığorta" ASC-də Direktorlar Şurasının sədri, "PAŞA Bank Gürcüstan"da  Müşahidə Şurasının sədri, "Paşa  Bank Türkiyə"-də İdarə Heyətinin sədr müavini, "Paşa Bank" ASC-də Müşahidə Şurasının üzvü, "PAŞA Holding" MMC-də Risk Departamentinin direktoru kimi bir çox məsul vəzifələrdə çalışıb.
O, bakalavr təhsilini prezident yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə alıb. MBA dərəcəsinə İspaniyada yerləşən "IE Business School" da yiyələnib. Qeyd edək ki, Fərid Məmmədov nüfuzlu CFA kvalifikasiyasına sahibdir. 
Beləliklə "Kapital Bank"ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı strukturdan ibarətdir: 
Məmmədov Fərid Usad oğlu – Müşahidə Şurasının sədri
Qasımov Cəlal Ələkbər oğlu – Müşahidə Şurasının üzvü
Alexey Marey – Müşahidə Şurasının üzvü 
Həsənov Oqtay Arif oğlu – Müşahidə Şurasının üzvü

Banklar     Tarix: 18 mart 2025

Oxşar xəbərlər

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü


iqtisadi xeberler biznes xeberleri 1000 manatla biznes leobank kart bitcoin qiymeti