"FINCA Azərbaycan"ın "problemli kreditlərinin" geri dönməsi onu mümkün zərərdən xilas edir

Amerika kapitallı "FINCA Azərbaycan" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2022-ci ildə 3 mln. 267 min manat xalis mənfəət əldə edib.
Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir.
Hesabata görə, BOKT-nin gəlirlərinin həcmi 11 mln. 854 min manat olmaqla illik müqayisədə 50% artıma nail ola bilib. Bununla belə son illərdə borcların yüksəlməsi onlar üzrə xərcləri də 2.5 dəfədən çox artırmaqla 2 mln. 538 min manata çatdırıb. Xalis faiz gəliri 9 mln. 316 min manat olub.
Hesabatı analiz etdikdə bəlli olur ki, gəlirlərin artması kimi xərclər də yüksəlməkdədir və xalis mənfəəti üçün əsas faktor problemli kreditlərin geridönüşüdür. Belə ki, BOKT-nin əməliyyat zərəri 85 min manat təşkil edir. Əməliyyat mənfəət/zərəri dedikdə, xalis faiz gəlirləri ilə qeyri-faiz zərəri fərqini nəzərdə tutulur. Onun qeyri-faiz xərcləri 9 mln. 401 min manat təşkil edib. Lakin BOKT-nin 3 mln. 585 min manatlıq problemli kreditlərinin geri dönməsi onu xalis mənfəətə çıxarıb.
Beləliklə, 2022-ci ildə 3 mln. 267 min manat xalis mənfəət əldə edib və 2021-ci ildə bu xalis mənfəət 2 mln. 611 min manat idi.
Bu xalis mənfəətlərdən sonra BOKT-nin bölüşdürülməmiş mənfəəti 12 mln. 489 min manat təşkil edir ki, onun nizamnamə kapitalını (3 mln. 756 min manat) dəfələrlə üstələyir.
1 yanvar 2023-cü il tarixinə "FINCA Azərbaycan" BOKT-nin cəmi aktivləri 50 mln. 108 min manat təşkil edib ki, illik müqayisədə bu, 40% artımdır. Aktivlərinin və fəaliyyətinin əsas istiqaməti – müştərilərə verdiyi kreditlərin həcmi illik müqayisədə 54% artaraq 44 mln. 874 min manat təşkil edib.
Ötən il BOKT istiqraz emissiya etməklə və ya digər şəkildə borclar cəlb etməklə ümumi öhdəliklərin həcmini 66% artırmaqla 33 mln. 863 min manata çatdırıb. Öhdəliklərinin 22 mln. 311 min manatı borclar və 8 mln. 950 min manatı isə buraxılmış borc qiymətli kağızlardır.

Banklar     Tarix: 17 may 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq