Mənzil satış bazarında kəskin bahalaşma var

Mənzil satış bazarında kəskin bahalaşma varÖlkə ərazisində baş verən qanun dəyişiklikləri mənzil satışlarından da yan keçməyib. Vergi ödənişlərinin artması mənzil satışlarından da təsirsiz ötüşməyib. Belə ki, mənzil alış səviyyəsi aşağı olaraq qalsa da satış qiymətlərində yüksəliş müşahidə edilir.

Mənzil üzrə satış mütəxəssisi Günay Qurbanovanın Biznes.az-a verdiyi açıqlamaya görə, Azərbaycanda evlərin satış qiymətləri ötən dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb:

"Son 5 il ərzində ilkin və təkrar mənzil bazarında qiymətlərdə təxminən 46% artım müşahidə edirik. Ötən illə müqayisədə isə kəskin formada artım görürük".

G. Qurbanova mənzillərin alış qiymətlərinin artmasını bir neçə səbəblə əlaqələndirib:

"Tikinti materiallarının bahalaşması birbaşa təsir göstəricisidir. Beton, armatur, taxta, bitum kimi materialların qiymətləri artdıqca, tikinti xərcləri də artır və bu da mənzilin qiymətinə təsir edir. İşçi qüvvəsi bahalaşdıqca tikinti şirkətləri bu xərcləri qiymətə əlavə edir".

Maklerlər isə torpaq qiymətlərinin yüksəldiyini, xüsusilə şəhər mərkəzində torpaqların bahalaşmasının mənzil qiymətlərinin də qalxmasına səbəb olduğunu vurğulayırlar.

Bununla yanaşı mütəxəssislər insanların pullarını qorumaq üçün daşınmaz əmlaka yatırdığını və bunun da süni şəkildə qiymət artımına səbəb ola biləcəyini bildirirlər.

Qeyd edək ki, bu kimi amillər təkcə Azərbaycanda deyil, qlobal bazarlarda da qiymət artımlarına səbəb olur.

"Qiymət artımı qısa müddətdə tikinti və satış sektoruna dinamika qatsa da, uzunmüddətli dövrdə əhalinin alıcılıq gücü zəiflədikcə satışlara mənfi təsir göstərə bilər",-deyə Qurbanova qeyd edib.

Şəhanə Quliyeva

Biznes     Tarix: 10 noyabr 2025

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri