Avropa bankının birinci vitse prezidenti Türkiyəyə səfər edəcək
EBRD-nin Birinci vitse-prezidenti Greg Guyett Türkiyəyə səfər edəcək.
Biznes.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Greg Guyett 10–13 noyabr 2025-ci il tarixlərində Türkiyəyə səfər edəcək.
Səfər çərçivəsində İstanbul və Ankarada bir sıra görüşlər keçiriləcək. Guyett Türkiyənin maliyyə naziri Mehmet Şimşek, Mərkəzi Bankın sədri Fatih Karahan, eləcə də İstanbulda aparıcı korporativ və maliyyə sektoru nümayəndələri ilə danışıqlar aparacaq.
Greg Guyett EBRD-də bütün bankçılıq, məsləhət və siyasət fəaliyyətlərinə rəhbərlik edir, həmçinin bankın fəaliyyət göstərdiyi ölkələrdə bazar iqtisadiyyatının gücləndirilməsi istiqamətində işləri koordinasiya edir.
Türkiyə EBRD-nin ən böyük əməliyyat ölkəsi statusunu qoruyub saxlayır. Bank 2024-cü ildə ölkəyə rekord həcmdə — 2,6 milyard avro investisiya yatırıb.
EBRD Türkiyənin özəl sektorunun və zəlzələdən sonrakı bərpa prosesinin əsas dəstəkçilərindən biridir. 2023-cü ilin fevral zəlzələlərindən sonra Bank 1,5 milyard avroluq yardım paketi elan edib və bu çərçivədə bir sıra yenidənqurma layihələrini maliyyələşdir.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?