"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

"Azərbaycan bank sektoru üzrə proqnozumuz neytraldır. Yəni, biz gözləyirik ki, əsas maliyyə göstəriciləri bu il stabil qalacaq".
Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.
O bildirib ki, son illərdə Azərbaycan bank sektorunun maliyyə profili əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, 2024-cü ilin oktyabrında yerli fəaliyyət mühitinin reytinqinin "B+"dan "BB-"a dəyişməsi ilə təsdiqlənib. Bu dəyişikliyin əsas səbəbi əvvəllər bank sektoruna mənfi təsir edən köhnə aktiv keyfiyyəti risklərinin azalmasıdır: "2019-cu ildən etibarən hökumət zəif bankları bazardan təmizləmək üçün addımlar atıb. Bununla yanaşı, Azərbaycanın biznes mühiti güclənib, yerli banklar isə uzunmüddətli və böyük korporativ kreditlərə olan marağını azaldıb. Bunun əvəzinə, onlar daha çox pərakəndə kreditləşməyə üstünlük verirlər. Bu isə daha az riskli və istehlakın aşağı olmasına görə daha gəlirlidir. 2024-cü ilin sonuna pərakəndə kreditlərin sektordakı payı 60%-ə çatıb. Müqayisə üçün, 2018-ci ilin sonunda bu göstərici cəmi 40% idi. Beləliklə, son bir neçə ildə bu sahədə əhəmiyyətli artım baş verib".
Maksim Maliutin deyib ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ildən etibarən sektorda tənzimləmə çərçivəsini gücləndirmək üçün mühüm tədbirlər görüb. Məsələn, pərakəndə kreditləşmənin sürətli artımını cilovlamaq və borcalanlara xarici valyutada kredit verilməsini məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq edib. Bundan əlavə, yerli banklar üçün əhəmiyyətli kredit riskləri yaradan əlaqəli tərəflərlə kredit əməliyyatları da daha ciddi tənzimlənib. Nəticədə, problemli kreditlərin həcmi rekord dərəcədə aşağı səviyyəyə düşüb. 2024-cü ilin sonuna kredit portfelinin keyfiyyəti stabilləşib və bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Bununla belə, əhalinin artan borc yükü fonunda pərakəndə kreditlərin keyfiyyətində müəyyən dərəcədə pisləşmə mümkündür.
Direktor müavini qeyd edib ki, bank sektorunun əsas kapital adekvatlığı göstəricisi 2020-ci ildən bəri bir qədər azalıb. Bunun əsas səbəbi pərakəndə kreditlərin artmasıdır, çünki bu növ kreditlər üçün risk çəki dərəcəsi daha yüksəkdir. Buna baxmayaraq, göstərici hələ də 5%-lik minimum tənzimləyici həddən xeyli yuxarıdır və 2025-ci ildə də stabil qalacağı gözlənilir.
"Likvidlik baxımından, sektor sabit vəziyyətdədir. 2024-cü ilin sonuna sektorun kredit portfeli və aktivləri arasında balanslı nisbət qorunub. Yenidən maliyyələşdirmə riskləri isə əsasən müştəri depozitlərinə (xüsusilə cari hesablara) əsaslanan maliyyələşdirmə strukturu ilə azaldılır"- Maksim Maliutin əlavə edib.
O həmçinin, reytinq agentliyinin Mərkəzi Bankın Basel III kapital strukturunu tətbiq etmək və bank nəzarətində risk əsaslı yanaşmaya keçmək planlarını müsbət qiymətləndirdiklərini açıqlayıb: "Bu addımlar kapital tələblərini beynəlxalq standartlara daha da yaxınlaşdıracaq". / banker.az

Banklar     Tarix: 11 fevral 2025

Oxşar xəbərlər

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib

Avropa Komissiyası və ABŞ Federal Ehtiyat Sistemi (FED) İtaliyanın bankçılıq qrupu "UniCredit"in Almaniyanın "Commerzbank" bankını satın almaq planına razılıq verib. Avrokomissiyanın açıqlamasında "UniCredit"i

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"


iqtisadi xeberler emlak xeberleri avtomobil xeberleri pul qazanmaq valyuta xeberleri