"Fitch Ratings"dən Azərbaycanda iqtisadi artım barədə proqnoz

"Fitch Ratings" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.
"Fitch" qeyd edib ki, Qarabağın bərpasının müsbət təsiri və neft hasilatının azalmasının ləngiməsi səbəbindən 2024-cü ildə iqtisadi artım 4.1%-ə kimi yüksəlib.
Reytinq agentliyi 2025-ci ildə ölkə iqtisadi artımın 3% və 2026-cı ildə isə 2.4% təşkil edəcəyini proqnozlaşdırıb. Bu artım yenə də əsasən dövlət investisiyası hesabına baş verəcək.
"Neft sektorunun çəkisi əvvəlki illərə nisbətən azalacaqdır, çünki yeni neft hasilatı azalmanın sürətini yavaşıda bilər və təbii qaz hasilatı yüksək olacaqdır. İqtisadi diversifikasiyaya doğru irəliləyiş dövlətin böyük iştirakı, əlverişli maliyyələşmə imkanlarının məhdudluğu, idarəetmə problemləri və aşağı qeyri-enerji xarici investisiyaları ilə məhdudlaşdırılır"- reytinq agentliyi əlavə edib.
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
"Fitch": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanın cari hesab profisiti iki dəfə azalaraq ÜDM-in 6,5 %-nə düşsə də, bu, yenə də "BB" kateqoriyalı ölkələr arasında ən yüksək göstəricidir.
Agentlik qeyd edib ki, neft qiymətlərinin azalmasına baxmayaraq, ölkə 2025-2026-cı illərdə ÜDM-in 6,2 %-i səviyyəsində nisbətən yüksək cari hesab profisitini qoruyacaq. Bu, neft və qaz gəlirlərinin ümumi ixracın 89 %-ni təşkil etməsinə baxmayaraq, valyuta aktivlərinin mülayim səviyyədə yığılmasını dəstəkləyəcək.
"Fitch"in təhlilinə görə, Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 1 %-nə düşəcək (2023-cü ildə bu rəqəm ÜDM-in 7,8 %-i idi). Bu azalma əsasən xərclərin kəskin artması ilə bağlıdır və qismən qeyri-neft gəlirlərinin artması, eləcə də AzərbaycanDövlət Neft Fondunun (ARDNF) aktivlərindən gələn gəlirlər hesabına kompensasiya olunur.
"2025-2026-cı illərdə konsolidə edilmiş büdcə profisitinin sabit qalacağı gözlənilir. Neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft gəlirlərinin artması, o cümlədən pandemiya dövründə tətbiq edilən vergi güzəştlərinin ləğvi, büdcənin dayanıqlığını təmin edəcək. Qarabağla bağlı xərclərin azalacağı ehtimal olunsa da, sosial ödənişlər və müdafiə xərcləri büdcəyə təzyiqi davam etdirəcək ki, bu da dövlət xərclərinin əhəmiyyətli azalmasına mane olacaq"- "Fitch" əlavə edib.
© APA / marja.az

Maliyyə     Tarix: 18 yanvar 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is


iqtisadi xeberler biznes qurmaq kripto dollar manat kursu valyuta kurslari