Fransa şirkəti "Babək" strukturunda axtarış-kəşfiyyat işlərinə cəlb oluna bilər
Xəzərin Azərbaycan sektorunda yerləşən "Babək" perspektiv strukturunda axtarış-kəşfiyyat işlərini sürətləndirmək məqsədilə SOCAR xarici şirkətlərlə danışıqlar aparır.
Bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, qeyd olunan işlərin başlanılması üçün bu ilin 10 may tarixində Fransanın "TotalEnergis" şirkəti ilə anlaşma memorandumu imzalanıb.
Xöşbəxt Yusifzadə onu da əlavə edib, əgər "Ümid" yatağının ehtiyatları 200 mlrd. kubmetr həcmindədirsə, "Babək" strukturunun ehtiyyatları bundan iki dəfə çox ola bilər.
O bildirib ki, ümumilikdə SOCAR-ın qarşısında "Ümid" və "Abşeron" yataqlarında qazma işlərinin intensivliyinin artırılması, "Babək", "Naxçıvan", "Zəfər-Məşəl" və "Şəfəq Asiman" perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsi, bu ərazilərdə yeni quyuların qazılması və bu layihələrin icrasının sürətləndirilməsi məsələləri durub.
Qeyd edək ki, qarşıdakı dövrdə "Ümid" yatağında daha bir platformanın ("Ümid-2") tikilib quraşdırılması, yaxınlıqdakı "Babək" strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. "Ümid-Babək" blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul tikilən "Daşgil-2" terminalına sualtı boru xətti vasitəsilə çatdırılacaq.
"Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.
Xatırladaq ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
SMM nədir?
Digital Card nədir?
Marketinq nə demədir?