FTX Darya Duqinanın qətlinin üstünü açdı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.
Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi "Ənənəvi" ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra – 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib", – deyə məlumatda qeyd olunub.
İstintaq materiallarının Rusiya Federasiyasının İstintaq Komitəsinə verildiyi bildirilib.//APA
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind