Gəncədə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait kəskin azalıb
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatları açıqlayıb.
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında əsas kapitala 107,0 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,1 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 52,7 faizi dövlət, 47,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 93,6 milyon manatı və ya 87,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 39,5 faiz azalmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 39,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 21,7 milyon manatını, yaxud 55,6 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 17,4 milyon manatını və ya 44,4 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir . / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Onlayn biznes növləri
Kriptovalyuta nədir?
Evdə biznes qurmağın yolları
Ən çox gəlir gətirən onlayn bizneslər
Layihə menecmenti nədir?