Geyts Marsa uçuşlar üçün texnologiyaya indi sərmayə qoymağı düzgün hesab etmir
"Microsoft" şirkətinin yaradıcısı Bill Geyts amerikalı iş adamı İlon Maskın etdiyi kimi Marsa uçuş layihəsinin inkişafına indi sərmayə qoymağı məqsədəuyğun hesab etmir.
Bu barədə amerikalı milyarder BBC-yə danışıb.
O qeyd edib ki, Yer kürəsində prioritet diqqət tələb edən həll olunmamış problemlər var və Marsa uçmaq yetərincə baha başa gəlir:
"Siz [bu pulla] qızılcaya qarşı peyvənd alıb həyatlar xilas edə bilərsiniz", - B. Geyts vurğulayıb.
Eyni zamanda, o, Maskın bir gün "böyük xeyriyyəçi" olacağını bildirib.
Xatırladaq ki, daha öncə İlon Mask bəşəriyyətin bu onilliyin sonuna qədər ilk dəfə Marsa ayaq basacağını deyib. Bundan əlavə, o, indiki şəraitdə insanların Marsa göndərilməsinin 1 trilyon dollara başa gələcəyini irəli sürüb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları