"Google" Kaliforniyaya $93 milyon təzminat ödəyəcək
"Google" geolokasiya konfidensiallığını pozduğuna görə Kaliforniya ştatına 93 milyon dollar təzminat ödəyəcək. Tərəflər arasında razılaşma əldə olunub. Bu barədə "Associated Press" yazıb.
Nəşr qeyd edir ki, əldə olunmuş razılaşma şirkətin istifadəçilərin yerlərini necə izlədiyinə dair təhqiqatı yekunlaşdırmaq üçün 2022-ci ilin noyabrında əldə edilən 40 ştatla 391,5 milyon dollarlıq təzminatdan sonra həyata keçirilir.
Ştatların təhqiqatına 2018-ci ildə "Associated Press"in məqaləsi səbəb olub. Belə ki, nəşrin sözügedən məqaləsində deyilib ki, "Google" "məkan tarixçəsi" adlı xüsusiyyəti deaktiv edərək izləmədən imtina edildikdən sonra belə, insanların geolokasiya verilənlərini izləməyə davam edib.
Baş Prokuror Rob Bontanın sözlərinə görə, "Google" öz kommersiya məqsədlərini güdərək istifadəçilərinə "bir şey deyib, başqa şey edirdi":
"Bu, qəbuledilməzdir. Bugünkü razılaşma ilə biz "Google"u məsuliyyətə cəlb etmiş oluruq".
"Google"un heç bir qanun pozuntusunu qəbul etmədiyi razılaşma çərçivəsində şirkət həmçinin bir sıra məhdudiyyətlərə, o cümlədən məkanın izlənilməsi ilə bağlı daha çox şəffaflığın təmin edilməsi, məkanla bağlı hesab parametrlərini aktivləşdirərkən istifadəçilərə onların geolokasiya verilənlərinin reklam fərdiləşdirilməsi üçün istifadə oluna biləcəyinin açıqlanması və əlavə məlumatların göstərilməsi ilə razılaşıb.
"Son illərdə etdiyimiz təkmilləşdirmələrə uyğun olaraq, illər əvvəl dəyişdirdiyimiz köhnəlmiş məhsul siyasətlərinə əsaslanan bu məsələni həll etdik", – şirkətin açıqlamasında bildirilib. / banker.az
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind